OPEC-in gündəlik neft hasilatının azaldılmasına dair noyabar 30-da Vyanada qəbul etdiyi qərardan sonra dünya bazarlarında neftin qiyməti artmaqdaır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, hazırda dünya bazarlarında Brent markalı neftin bareli 1,31% faiz bahalaşaraq 52,52 dollar, WTI markalı neftin bareli isə 1,33% faiz bahalaşaraq 50,08 dollara satılır.
Qeyd edək ki, OPEC ölkələri gələn il yanvarın 1-dən neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması və hasilatın 32,5 mln. barelə endirməsi barədə qərar qəbul ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB