Elman Rüstəmov: "Yeni iqtisadi modelə keçid əsas məqsəddir"

Elman Rüstəmov: "Yeni iqtisadi modelə keçid əsas məqsəddir"

Ölkədə makro iqtisadi sabitliyin təmini, struktur, sosial islahatları əhatə edən yeni iqtisadi artım modelinə keçid üçün iş aparılır. Bu sənəd razılaşdırılmamışdan öncə həssas mövzulara izahat vermək imkanımız məhduddur". SİA -nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Ölkədə Maliyyə Sabitliyi Şurasının yaradıldığını deyən E. Rüstəmov qeyd edib ki, Şurada gedən müzakirələr makroiqtisadi sabitliyin təmin olunması, struktur və sosial islahat məsələlərini də əhatə edir: "Azərbaycan manatı neftin qiymətinin 45-50 dollar/barel səviyyəsində üzməsinə adaptasiya olunub. Əsas prioritet sabitləşdirmədir. Son məqsəd insanların, dövlətin gəlirlərinin artırılmasıdır. Neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün çox ciddi amildir. Digər neft ixracatçıları olan ölkələrdə də neftin qiyməti makroiqtisadi göstəricilərdəndir. Neftin qiymətinin bu intervalda 10 dollar qalxması əlavə 1,7 mlrd. dollar gəlir deməkdir, yaxud 10 dollar düşməsi 1,7 mlrd. dollar itki deməkdir. Azərbaycan hökumətinin itkiləri qarşılamaq üçün kifayət qədər ehtiyatları və maliyyə resursları var ki, buna diqqət vermədən bütövlükdə öz siyasətini formalaşdırsın. Təbii ki, gəlirlərin artması bizim üçün çox önəmlidir. Neftin qiyməti 30-40 dollar atsa, daha yaxşı olar. Artıq post-neft erası, yeni iqtisadi modelə keçid əsas məqsəddir. Hətta qiymətlər yüksəliş olsa da, o deməkdir ki, bundan öncəki 10 il müvəffəqiyyətli iqtisadi modelə qayıdış yoxdur. Dünyada yeni çağırışvar var. Biz bunu nəzərə almalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə