"OPEC-in noyabr toplantısı neftin qiymətlərinin gözlənildiyindən daha az ucuzlaşmasını şərtləndirirdi. Məhz bu toplantının baş tutması və gözlənilən qərarın olmaması, neftin qiymətinə öz mənfi təsirlərini göstərəcək. Dolların dekabr ayında uçot dərəcəsinin artırılması ilə keçiriləcək toplantıdan sonra 1 ay ərzində neftin qiyməti böyük ehtimalla 30 dollara qədər ucuzlaşacaq". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
Neftin kəskin şəkildə ucuzlaşmasının uzun müddət davam etməyəcəyini bildirən ekspert qeyd edib ki, təklifin azalması nəticəsində qiymətlərin yenidən artması müşahidə oluna bilər: "Əgər OPEC ölkələri razılaşma əldə etsəydi, Rusiya kimi böyük neft hasilatı həyata keçirən ölkə buna dəstək versəydi, 2017-ci ildə neftin qiyməti 50-61 dollar arasında qərarlaşa bilərdi. Əks halda, neft öz mövqeyini 35-50 dollar arasında saxlayacaq ki, bu da neft istehsal edən ölkələr üçün yaxşı heç nə vəd etmir.
"Lakin Son Əlcəzair müzakirələrində OPEC-ə daxil olmayan ölkələrin də prosesdə iştirakçılığı, eyni zamanda həmrəyliyi var idi. Rusiya, hətta Azərbaycan belə hasilatın dondurulması məsələsində həmrəy olacağını, qərarlara hörmət göstərəcəyini açıqlamışdı. İlk dəfə idi ki, neft hasil edən ölkələr arasında ortaq fikrin yaranması ehtimalı 50 faizin üzərində idi. Buna görə də noyabrın 20-də nəzərdə tutulan OPEC toplantısı mühüm hesab edilirdi. Çünki, Əlcəzairdə 8 illik fikir ayrılığı və ziddiyyətlərdən sonra ortaq fikir var idi və noyabr ayında onun müqavilə şəklidə rəsmiləşdirilməsi gözlənilirdi. Bu baxımdan da noyabr toplantısı neftin qiymətinin müəyyənləşməsində mühüm rol oynayırdı. Məhz bu səbəbdən idi ki, bir arada neftin qiyməti hətta 53-54 dolara qədər bahalaşmışdı"- deyə, R. Həsənov əlavə edib.
Qeyd edək ki, Dünya bazarında gündəlik təklif olunan 95-96 milyon barel neftin 30 faizi, yəni 33 milyonu OPEC ölkələrinin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB