“Star” neft emalı zavodu 2018-ci ilin aprelində istifadəyə veriləcək

“Star” neft emalı zavodu 2018-ci ilin aprelində istifadəyə veriləcək

SOCAR-ın Türkiyədə tikintisini davam etdirdiyi "Star" neft emalı zavodu 2018-ci ilin aprelində istifadəyə veriləcək. SİA-nın məlumatına görə, bu barədə zavodun baş direktoru İbrahim Palaz məlumat verib.

"Artıq zavod üzrə işçi qəbulu başlayıb, həmin kadrların hazırlığı təlimləri davam edir. Hazırda "Star" neft emalı zavodunun ərazisində 100-dən çox şirkət fəaliyyət göstərir", - deyə İ.Palaz qeyd edib.

O bildirib ki, "Star" zavodu tamamlandığı zaman illik 10 milyon ton xam neft emalı gücünə malik olacaq. Zavod Türkiyənin dizel, təyyarə yanacağı, nafta və neft koksu kimi məhsullar üzrə idxalını böyük miqdarda azaldacaq: "Star" Türkiyənin ümumi dizel idxalının yarısına qədərini, ölkə tələbatının isə 25 faizini qarşılayacaq. Zavod Türkiyənin idxal etdiyi naftanın hamısını təmin edəcək. Bütövlükdə isə zavod 2,5 milyard dollar dəyərində idxalın ödənilməsinə şərait yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə