Nazir: "Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb"

Nazir: "Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb"

"Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi və digər təşkilatçılara minnətdarlığımı bildiriəm. Bu cür sərgilərin keçirilməsi nəticəsində dünyada mövcud olan böyük investorlar gələcəkdə Azərbaycana gələcəklər. SİA-nın məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov "RecExpo II - Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisində jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, böyük xarici şirkətlərin Azərbaycana cəlb edilməsi investisiya yatırımı baxımından çox önəmli olacaq: "Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Şirkətlər, fiziki və hüququ şəxslər bu mühitdən uğurla istifadə edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə