Britaniyadakı Azərbaycan şirkətləri Fransada çalışa bilərlər

Britaniyadakı Azərbaycan şirkətləri Fransada çalışa bilərlər

"Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra bu ölkədə çalışan Azərbaycan şirkətləri Fransada fəaliyyət göstərə bilərlər". SİA-nın məlumatına görə, bunu mətbuat konfransında Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib. O bildirib ki, Avropa İttifaqı ölkələrində fəaliyyət göstərməkdə maraqlı olan şirkətlər var. Biz çalışacağıq ki, onlara kömək göstərək". O bildirib ki, Brtitaniyada çalışan bir sıra Azərbaycan şirkətləri tərəfindən Fransada fəaliyyəti davam etdirməklə bağlı müraciətlər var: "Hazırda biz bununla bağlı danışıqların ilkin mərhələsindəyik. Həmin şirkətlərin Fransada fəaliyyətində maraqlıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə