Ceyhan limanından neft ixracı 16% artıb

Ceyhan limanından neft ixracı 16% artıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayı ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 669 743 ton xam neft ixrac edib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu, limandan ötən ay ixrac əvvəlki ilin müvafiq ayından 16% çox olub.

Ümumilikdə, yanvar-oktyabr ayları ərzində Ceyhan limanından 13 992 213 ton xam neft ixrac olunub ki, bu da ötən ilin müvafiq dövründən 3,8% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə