Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) aşağı büdcəli "Air Arabia" aviaşirkəti Azərbaycana birbaşa reyslər həyata keçirməyə başlayacaq. SİA "7days.uea" istinadən xəbər verir ki, uçuşlar 2017-ci il martın 23-dən Şarcadan Bakıya həftədə dörd dəfə reallaşdırılacaq.
"Air Arabia"nın baş icraçı direktoru Adel əl Əli yeni reysin fəaliyyətə başlamasının iki ölkə arasında ticarət və turizm imkanlarını artıracağını deyib. O, həmçinin Azərbaycanın yerli qurumlarına bu sahədə əməkdaşlığa görə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB