BP xəbərdarlıq etdi: Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yaranacaq

BP xəbərdarlıq etdi: Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yaranacaq

Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yarana bilər. APA-nın xəbərinə görə, bunu "RİA Novosti"yə BP-nin Rusiya bölməsinin (BP Rusiya) vitse-prezidenti Vladimir Drebentsov deyib. "Neft bazarında çatışmazlıq dörd ildən sonra yaranacaq. Biz 2014-2016-cı illərdə reallaşdırılmayan investisiyaların hansı həcmdə olduğunu bilirik, şirkət investisiya planında azaltmalar etməli olub. Bir neçə layihələr təxirə salınıb. Nəzərə alsaq ki, bu layihələr aşağı 5 illik olub, deməli, 2015-ci ildə reallaşdırılmalı olan investisiyalar təxminən 2020-ci ildə özünü biruzə verəcək", - deyə Drebentsov qeyd edib. "İnvestisiyaların azalması səbəbindən nəzərdə tutulmuş neftin bazara çıxarılmayacağı və ABŞ-ın hasilatı artırmaqla buna təsir edə bilməyəcəyi təqdirdə dünya bazarında çatışmazlıq yarana bilər. Kəsirin nə qədər dərin olacağını indidən demək çətindir", -deyə Drebentsov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə