Cavid Qurbanov: "Sumqayıt qatarı ilə hər gün 4 min sərnişin daşınır" AÇIQLAMA
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, Bakı-Sumqayıt dəmir yolu vasitəsilə hərəkət edən elektrik qatarları haqda danışıb: "Bilirsiniz ki, bu il Bakı-Sumqayıt dəmir yolu əsaslı təmir olundu və istismara verildi. Hər gün bu yolla 4 min sərnişin daşınır. Bunun davamı olaraq Bakı dairəvi yolunun təmirinə başlamışıq. Bu yol da tikintidən sonra sərnişinlərin ixtiyarına veriləcək".
C.Qurbanov Bakı dəmiryolu vağzalının binasında aparılan tikinti-yenidənqurma işlərinin davam etdiyini bildirib: "Dəmir yolu vağzalının binası yenidən qurulur. Orada yerləşən, eybəcər şəkildə olan ticarət obyektləri yenilənir. Vağzalın binasının ikinci mərtəbəsində "ASAN xidmət"in yeni filialı yerləşəcək. Hesab edirəm ki, ilin sonunadək bina istismara veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB