BTC kəməri ilə nəql olunan neftin HƏCMİ

BTC kəməri ilə nəql olunan neftin HƏCMİ

Sentyabr ayında BTC kəməri ilə təxminən 2,1 milyon ton Azərbaycan nefti nəql olunub. SİA bu barədə SOCAR-ın saytına istinadən xəbər verir. Sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 55 min 791 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 22 milyon 43 min 322 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən oktyabr ayının 1-ə qədər BTC-yə 314 milyon 915 min 856 ton neft vurulub.

Bundan başqa, sentyabr ayında BTC kəməri ilə 374 min 160 ton Türkmənistan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə