Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə oktyabrın 6-da Bakıda ikigünlük "Üfüqdə yeni imkanlar: çətinlikləri perspektivlərə çevirək" adlı VIII Azərbaycan mikromaliyyə konfransı işə başlayıb. SİA-nın məlumatına görə, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva konfransın məqsədinin mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlar donorlar və xidmət təminatçıları arasında əlaqələrin, bugünkü rəqabətli və çətin dövrdə bazarda yeni imkanların axtarılması olduğunu deyib. O, konfransın investorlar, üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarının yaradılmasındakı rolunu qeyd edib.
Bildirib ki, cari ildə mikromaliyyə xidməti göstərən maliyyə təşkilatları 370 min 245-dən çox müştəriyə xidmət göstərməklə 485 milyon 161 min 772 dollar həcmində portfelə malikdir.
Konfrans iştirakçıları dəyər zənciri çərçivəsində alıcı qabiliyyətini, gəlirliliyini və səmərəliliyini inkişaf etdirməklə əməkdaşlığı və paylaşdırma sistemlərini gücləndirmək üçün kənd təsərrüfatı bazarlarına giriş və çıxışı, dəyər zənciri çərçivəsində kiçik fermer və kiçik sahibkarlığa daha yaxşı inteqrasiya edilə biləcək kredit məhsulları və alətləri müzakirə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB