Türkiyəyə dəmiryolu ilin sonunadək istifadəyə veriləcək AÇIQLAMA

Türkiyəyə dəmiryolu ilin sonunadək istifadəyə veriləcək AÇIQLAMA

"Heydər Əliyev Beynəlxalq Hava Limanına çəkiləcək dəmiryolu xətti ilə bağlı layihə üzərində işlər davam edir". Bu barədə SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, layihə üzərində işlər tamamlandıqdan sonra, ölkə başçısına təqdim ediləcək: "Daha sonra layihənin iqtisadi tələbləri müəyyənləşdiriləcək. Bu tələblər müəyyənləşdirilən zaman layihənin nə qədər xeyir verəcəyi hesablanacaq. Bütün bu proseslərdən sonra layihənin reallaşması ilə bağlı fikir bildiriləcək".

Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı sualı cavablandıran QSC sədri söyləyib ki, dəmiryolu ilə bağlı işlər yüksək səviyyədə həyata keçirilməkdədir.

O əlavə edib ki, sözügedən dəmiryolunun ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Bakı Dəmiryolu Vağzalını aeroportla birləşdirəcək xəttin uzunluğu 25 kilometr olacaq. Artıq Azərbaycan Hava Yolları" QSC rəhbərliyi ilə razılığa gəlinib. "Azərbaycan Dəmir Yolları" QSC-nin Minskin "Stadler" zavodundan aldığı iki qatarın istifadəsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə