“AtaSığorta”nın avqust ayına sığorta ödənişləri

“AtaSığorta”nın avqust ayına sığorta ödənişləri

2016-cı ilin avqust ayında "AtaSığorta" ASC 766 hadisə üzrə 290 min 886 manat sığorta ödənişləri həyata keçirib. Bu, hər gün orta hesabla 25 sığorta ödənişin həyata keçirildiyi deməkdir. Bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib. Bununla da, "AtaSığorta" ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirib. Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran "AtaSığorta" ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulub.

"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. "AtaSığorta" həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və ofislər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə