AMB növbəti depozit hərracı keçirəcək

AMB növbəti depozit hərracı keçirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 5-də 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək. SİA-nın AMB-nin saytına istinadən verdiyi məlumata görə, hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.

Depozitlər üzrə faiz dərəcəsi 4,01-9,49 faiz arasında dəyişəcək.

Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür.

Bütün xəbərlər Facebook səhifəmizdə