““Şahdəniz” yatağı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir” MÖVQE
"Ümumiyyətlə, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi mərasimdə "Şahdəniz" yatağı ilə bağlı qurğunun istifadəyə verilməsi və dənizə buraxılması çox mühüm məqamdır. "Şahdəniz" yatağı mühüm neft qaz ehtiyatına malik olduğundan onun istifadəyə verilməsi, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Millət vəkili bildirib ki, Azərbaycanın Avropa çıxışında, neft və qazın ixracında ciddi problemlərin yaranmaması üçün çox böyük işlər görülür: "Bilirsiniz ki, Azərbaycan Avropaya neft ixracı ilə yanaşı, artıq qaz ixracı ilə bağlı məsələləri həll edir. Bununla bağlı böyük qaz və neft kəmərləri çəkilərək istifadəyə verilir.
Ümumiyyətlə, Azərbaycana bu sahədə diqqət həddindən artıq böyükdür. Neft qaz sahəsi Azərbaycana xarici valyuta gətirən əsas sahədir. Prezident İlham Əliyev bu sahəni hər zaman diqqət mərkəzində saxlayır".
V. Əhmədov əlavə edib ki, qaz kəməri çəkildikdən sonra onun vasitəsilə digər dövlətlər - Qətər, İran, Türkmənistan Xəzər dənizi vasitəsilə Avropaya qaz ixrac edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB