AVIAREPS AZAL-ın Malayziyada nümayəndəliyi kimi fəaliyyətə başlayıb

AVIAREPS AZAL-ın Malayziyada nümayəndəliyi kimi fəaliyyətə başlayıb

AVIAREPS Azərbaycan Hava Yollarının(AZAL) Malayziyada yeni nümayəndəliyi kimi fəaliyyətə başlayıb. SİA-nın "ttgasia"ya istinadən məlumatına görə, nümayəndəlik milli daşıyıcının malaziyalı səyahətçilər arasında təbliği, bu brendi möhkəmləndirmək məqsədini daşıyır. Müqaviləyə uyğun olaraq AVİAREPS Azərbaycan Hava Yollarının Malayziya bazarında bütün satış və marketinq fəaliyyətini öz üzərinə götürür.

"Bizim satış və marketinq üzrə Malayziyada təyin etdiyimiz nümayəndəlik bu bazarın bizim üçün vacibliyini və əhəmiyyətini göstəriri", - deyə AZAL-ın rəsmi nümayəndəsi Nazim Səmədov bildirib.

Qeyd edək ki, ötən il 350 nəfər Malayziya vətəndaşı Azərbaycana səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə