Metrodan istifadə edənlərin sayı azalıb

Metrodan istifadə edənlərin sayı azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 125,3 mln. nəfər olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,6% azdır.

Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,8%-i metronun payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə