Ceyhandan dünya bazarlarına 2,8 milyon ton neft çıxarılıb

Ceyhandan dünya bazarlarına 2,8 milyon ton neft çıxarılıb

İyul ayında Ceyhan limanından 2,8 milyon ton neft dünya bazarlarına çıxarılıb. SİA-ın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, 2016-cı ilin iyul ayı ərzində 2,8 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

(Bu həcmin 1,9 milyon tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17,5 milyon ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il avqust ayının 1-ə qədər Ceyhan limanından 308,7 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə