"Adi ipoteka kreditləri İpoteka Fondunun banklara yerləşdirdiyi ipoteka istiqrazlarından əldə edilən gəlir, sosial ipoteka isə dövlət büdcəsi hesabına tətbiq olunur. Bu baxımdan ipoteka kreditləşməsinin dayanması İpoteka Fondu tərəfindən adi ipoteka istiqrazlarının yerləşdirilməməsi ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən son 3 ayda verilən ipoteka kreditlərindən 4-ü adi, 100-ə yaxını isə sosial olub: "Fondun statusu müəyyənləşmədiyi üçün Dövlət İpoteka Fondu son dəfə ipoteka istiqrazlarını 2015-ci ilin dekabrında yerləşdirib və 2016-ci ildə adi ipoteka kreditlərinin verilməsi ilə bağlı demək olar ki, vəsait ödəməyib. Amma sosial ipoteka dövlət büdcəsindən ödəndiyinə görə, bu tipli ipotekaları vermək mümkün olub. Kommersiya banklarının öz vəsaiti hesabına təklif etdiyi daxili ipoteka kreditlərində faizlər kifayət qədər yüksəkdir. Əvvəl 10 faiz idisə, hazırda 12-14 faizdir. Bundan başqa həmin banklar daxili ipoteka kreditlərini xarici valyuta ilə verir ki, bu da vətəndaşların marağının azalmasına gətirib çıxarır. Bu baxımdan İpoteka Fondunun əsasnaməsinin təsdiq edilməməsi də ipoteka kreditlərinin verilməsini yubadır. Əgər fondun əsasnaməsi təsdiq edildikdən sonra adi ipoteka kreditlərinin verilməsi problemi aradan qalxacaq".
Daxili ipoteka kreditlərinə marağın artmasıyollarından söz açan iqtisadçı-ekspert söyləyib ki, daxili kreditlərin manatla verilməsinə ehtiyac var: "Adi ipoteka kreditlərində faizlər yüksəkdir. Onların aşağı salınmalıdır ki, vətəndaşlar üçün cəlbedici olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB