Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən SİA-ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 4-ü ilə müqayisədə 0,2% möhkəmlənərək 1,5980 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,12% möhkəmlənərək 1,7797 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,83% bahalaşaraq 0,0242 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi 0,44% möhkəmlənərək 0,5309 manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB