Ceyhandan neft ixracı 31% artıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin iyul ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 569 086 ton xam neft ixrac edib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin iyul ayından 31% çoxdur.

Ümümilikdə, yanvar-iyul ayları ərzində Ceyhan limanından 10 105 879 ton neft ixrac olunub ki, bu da ötən ilin müvafiq dövründən 2,83% azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə