"Azəravtoyol" ASC-dən sürücülərə XƏBƏRDARLIQ

"Azəravtoyol" ASC-dən sürücülərə XƏBƏRDARLIQ

Qara Qarayev prospektində aparılan təmir-tikinti işləri ilə əlaqədar iyulun 10-dan 11-nə keçən gecə prospektin Neftçilər metrostansiyasından Qara Qarayev metrostansiyasınadək olan hissəsində təmirdən sonra hərəkət bərpa olunur. Bu barədə SİA-ya "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O deyib ki, prospektin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairə isə (Dakar meydanı) avtonəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik bağlanır.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə