İyunun 8-də Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yenidən qurulmuş şəbəkələr mövcud magistral su xətlərlə birləşdirilir.
Bununla əlaqədar iyulun 8-də gün ərzində Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu " ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB