Ərdoğanın Putinə məktubu ən çox rus turistləri sevindirib

Ərdoğanın Putinə məktubu ən çox rus turistləri sevindirib
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, SU-24 təyyarəsinin vurulmasından sonra yaranan rus-türk gərginliyinə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putinə məktub göndərməsi, daha çox rusiyadakı turizm təşkilatlarında sevinc hissi yaradıb. SİA Türkiyənin nüfuzlu "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Rusiya Turizm Təşkilatının rəsmi nümayəndəsi İrina Turina bildirib ki, iki ölkə arasındakı münasibətlərin düzəlməsi, daha çox turizm sektoruna müsbət təsir edəcək: "Heç bir ölkə turizm sahəsində rus turistlər üçün Türkiyənin yerini verə bilməz. Qiymət, keyfiyyət, xidmət səviyyəsi baxımından Türkiyə turizmi əvəzolunmazdır. Bu mənada Ərdoğanın Putinə məktubu daha çox turizm sektorunda çalışan insanları, daha çox da rusiyalı turistləri sevindirdi."- deyə İrina Turina bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə