İcarəyə verdiyi avtomobil satıldı

70 min dollara aldığı avtomobilini şirkət vasitəsi ilə icarəyə verən sürücü xoşagəlməz hadisə ilə üzləşib
İcarəyə verdiyi avtomobil satıldı

İki il əvvəl avtomobilini ''rent a car''a icarəyə verən qadın xoşagəlməz bir hadisə ilə üzləşib. Məlum olub ki, ''rent a car'' həmin qadının bahalı avtomobilini başqa bir şəxsə satıb. Qadının şikayəti ilə məsələ məhkəməyə qədər gedib çıxıb. Məhkəmə avtomobilin qadına qaytarılması ilə bağlı qərar çıxarıb. Qadın maşını polisin mühafizə olunan duracağından götürmək istəyəndə avtomobilin nə dövlət nömrə nişanını, nə açarını, nədə ki texniki pasportunu tapa bilmir.

70 min dollara aldığı avtomobilini şirkət vasitəsi ilə icarəyə verən sürücü xoşagəlməz hadisə ilə üzləşib. Arzu Kuliyeva vasitəçi firmada onu qəbul edən Türkiyə vətəndaşı Əli Basdırmanı axtarmağa başlayıb. Məlum olub ki, şəxsi özünü avtomobil icarəsi ilə məşğul olan şirkətin rəhbəri kimi təqdim edən Əli Basdırma sənədləri qaydasından olmadığından deportasiya edilib. Ölkəsinə getməzdən əvvəl isə 70 min dollarlıq cipi 30 minə Müslüm Nəsirov adlı Sumqayıt sakininə satıb.

Cərimə Meydançasında özünü Fəqan İsmayılov kimi təqdim edən polis, Arzu Kuliyevaya bildirib ki, avtomobilin sənədləri və açarı onlardadır. Amma iş məhkəmədə olduğundan avtomobili hələlik qaytara bilməz. Uzun müddət sonra Sumqayıt şəhər məhkəməsi avtomobilin Arzu Kuliyeva qaytarılması barədə qərar çıxarıb. Hətta icra məmurlarına avtomobilin sahibinə qaytarılmasını təmin etmək üçün rəsmi sənəd də verilib.

Zərərçəkmiş qadın avtomobilini əldə edə bilsə də, açarlarını, texniki pasportunu və dövlət nömrə nişanını tapmır. Baş Dövlət Yol Polis İdarəsinin Şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, qanunvericilikdə göstərir ki, polisin mühafizə olunan duracağından olan avtomobilə hətta öz sahibi belə müdaxilə edə bilməz. O ki, qaldı qadının şikayətinə şöbə rəisi bunun idarədə araşdırıldığını dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə