Dünya bazarında neftin qiyməti dəyişib. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar azalaraq 48,85 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,18 dollar artaraq 50,80 dollar olub.
Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. Belə ki, "AzəriLayt" markalı neftin bir bareli qiyməti isə 1.65 dollar ucuzlaşaraq, 47.87 dollara satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB