Natiq Əmirov: "Azərbaycanda işsizlik 5, yoxsulluq 5,3 faizə endirilib" MÖVQE
"Bu gün Azərbaycanda ölkə Prezidentinin dəfələrlə çıxışlarında qeyd etdiyi kimi, sosial siyasət uğurla aparılır. Qlobal iqtisadi çağırışlara uyğun müsair konseptual yanaşmalarla daha da təkmilləşdirilən sosial iqtisadi siyasət nəticəsində sosialyönümlü milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiya təmin edilib". SİA-nın xəbərinə görə, bu fikirləri Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bu gün Dövlət İqtisad Universitetində keçirilən beynəlxalq konfrasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 12 il ərzində davamlı və dinamik inkişaf konsepsiyasına əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılan uğurlar iqtisadiyyatımızı daha da möhkəmləndirib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sektorunun, regionların inkişafı sürətləndirilib, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, konservativ xarici borclanma strategiyası həyata keçirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilməsi nəticəsində əhalinin sosial rifah halı yaxşılaşdırılıb: "Görülən tədbirlər qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə 2004-2013-cü il ərzində iki 5 illik Dövlət Proqramı həyata keçirilib. Proqramların icra olunduğu 10 il ərzində ÜDM 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7, kənd təsərrüfatı 1,7 dəfə, investisiyalar 6,5 dəfə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə artıb. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizliyin səviyyəsi 5%, yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə enib. Göstərilənlərlə yanaşı ötən dövr ərzində müasir modern iqtisadiyyatın mühüm amilinə çevrilən insan kapitalının formalaşması, möhkəmlənməsi və inkişafı dövlətin iqtisadi inkişafının prioritetləri arasında yer alıb, əldə olunan valyuta gəlirlərinin insan kapitalına çevrilməsi sosial iqtisadi siyasətin başlıca prioritetlərindən biri olaraq seçilib".
N.Əmirov qeyd edib ki, Azərbaycan prezidentinin fərmanı ilə təsdiq edilmiş "Gələcəyə baxış" konsepsiyasında insan kapitalının inkişaf etdirilməsi, neft kapitalını insan kapitalına çevrilməsi başlıca məqsədlərdən biridir: "Lakin son dövrlər dünyada baş verən iqtisadi proseslər Azərbaycandan da yan keçməyib. Neftdən asılılığın minimuma endirilməsi və sair görülmüş işlər sahəsində ötən il ÜDM-in 1,1% real artım tempi nümayiş etdirib. Adambaşına düşən ÜDM-in həcmi 5703 manat təşkil edib. Bununla yanaşı, ölkə iqtisadiyyatı, o cümlədən sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 15,9 milyard manat əsas kapitaldan investisiya yönəldilib ki, bu vəsaitin 56%-i daxili investisiyalar, 44%-i isə xarici investisiyalar təşkil edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB