Nazir: "Pensiya islahatına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb"
Pensiya islahatına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. SİA-nın xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin yaz sessiyasının son iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, ölkə başçısının təsdiq etdiyi pensiya islahatına uyğun olaraq hazırlanan müvafiq qanun layihəsi yaxın vaxtda Nazirlər Kabineti tərəfindən prezidentə təqdim ediləcək: "Daha sonra Qanun layihəsinin parlamentə təqdim edilməsi gözlənilir. Layihənin əsas məqsədi pensiyaların yığılmış pensiya kapitalı əsasında formalaşdırılmasıdır".
S. Şərifov diplomatların pensiyasının artırılması məsələsinə də toxunub: "Bununla bağlı Maliyyə Nazirliyi tərəfindən xüsusi qaydalar təklif olunub. Təklif olunur ki, xaricdə çalışan zaman əmək haqqının 25%-i pensiya kapitalına yönəldilsin. Lakin Xarici İşlər Nazirliyi (XİN) buna münasibət bildirməyib. Hesab edirəm ki, təklifin qəbulu diplomatların xeyrinə olardı."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB