Dünya bazarında neftin qiyməti bahalaşmaq da davam edir. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar artaraq 48,24 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,29 dollar artaraq 49,26 dollar olub.
Azərbaycan neftinin qiyməti isə dəyişməz olaraq qalıb. Belə ki, "AzəriLayt" markalı neftin bareli 49.10 dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB