“Excelsior Hotel Baku” otelində PR mövzusunda təlim keçirildi FOTO
"Excelsior Hotel Baku" otelində ali təhsil müəssisələrinin tələbələri üçün ictimaiyyətlə əlaqələr işinin qurulması mövzusunda təlim keçirildi. Təlimin məqsədi ictimaiyyətlə əlaqələr işinə maraq göstərən və gələcəkdə özünü bu sahədə sınamaq istəyən gəncləri bu sahənin əsas məqsəd və prinsipləri ilə tanış etməkdir.
Təlimdə "Veysəloğlu" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov PR işinin məqsəd və prinsipləri, Bakcell şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova Korporativ Sosial Məsuliyyət, Mədəniyyət və Turizm nazirliyinin informasiya, elektron media və resurslarla iş sektorunun müdiri, "Mədəniyyət.az" jurnalının redaktoru Zöhrə Əliyeva jurnalist etikası, "AtaHolding" ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova isə şirkətlərdə daxili kommunikasiyalar mövzuları üzrə təqdimatlar etdilər.
Tədbirdə bank və digər şirkətlərin PR menecerləri də iştirak etdilər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB