"Bəzən neftin qiymətində baş verən dəyişikliklər yazılmamış qanunlara əsaslanır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Ceyhun Xəlilzadə açıqlamasında deyib.
O bildirib ki, dünyada aparılan siyasi oyunlar da neftin qiymətinə təsir edən əsas amillərdən sayılır: "Ümumiyyətlə, neftin qiyməti bizim oxuduğumuz kitablara əsaslanmır. Əgər belə olsaydı, o zaman neftin qiyməti stabil olardı. Hazırda neftin qiymətini tənzimləyən gizli təşkilatlar və dərnəklər var. Məhz bu səbəbdəndir ki, neftlə bağlı heç bir proqnoz verilmir".
Ekspertin fikrincə, indi dövrdə neftin qiymətinə təsir edən amillərdən biri də onu ixrac edən ölkənin daxilində baş verən hadisələrdir: "Dünya birjası ilə maraqlanan insanlar bilir ki, neftin qiymətinin dəyişilməsində onu ixrac edən ölkədə baş verənlər də böyük rola malikdir. Əgər hansısa ölkədə müharibənin gedişatı artıb və ya həmin ölkənin siyasi həyatında gərginlik varsa, orada neftin bahalaşması mütləq şəkildə özünü biruzə verməlidir".
"Neftin qiymətindəki dəyişiklik hər zaman olub və bundan sonra da olacaq. Onun konkret qiyməti haqqında heç kim proqnoz verə bilməz. Çünki, hər an dünyada elə bir hadisə ola bilər ki, qara qızılın qiyməti qlobal şəkildə dəyişə bilər. Misal üçün deyə bilərik ki, əgər bu gün neftlə bağlı olan ölkələrdən hansısa birində müharibə başlayarsa, təbii ki, onun neftinin qiyməti mütləq şəkildə bahalaşacaq. Çünki, neft ilk növbədə həmin ölkənin özünə lazım olacaq, daha sonra isə neftə tələbatı olan ölkələrə satacaq"- deyə, C. Xəlilzadə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB