Nefin qiyməti dəyişdi

Dünya bazarında neftin qiyməti ucuzlaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,16 dollar azalaraq 46,07 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,22 dollar azalaraq 47,38 dollar olub.

Azərbaycan neftinin də qiymətində ucuzlaşma qeydə alının. Belə ki, AzəriLayt markalı neftin bareli bir qədər ucuzlaşaraq 46,24 dollarda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə