Azərbaycan-Fransa: inkişaf perspektivləri realdır

Azərbaycan-Fransa: inkişaf perspektivləri realdır

Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Müzakirələr Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in biznes şurasının prezidenti və SUEZ qrupunun baş direktorunun müavini xanım Mari-Anj Döbonun başçılıq etdiyi nümayəndə heyəti arasında aparılıb.

ARDNF-ın mətbuat xidmətindən verilən məlumata görə, Ş. Mövsümov nümayəndə heyətinə ARDNF-ın fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.

Görüşdə Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ARDNF-ın bu ölkədəki investisiyaları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə