Nazir: "Bankların mənfəət vergisindən azad olunma məsələsinə baxıla bilər" AÇIQLAMA

Nazir: "Bankların mənfəət vergisindən azad olunma məsələsinə baxıla bilər" AÇIQLAMA

"Vergi yoxlamalarının sayı azalsa da, bu proses daima gedir. Yayınmalar bütün sahələrdə, xüsusilə də alkoqollu içkilərin satışında daha çoxdur". SİA-nın verdiyi xəbərə görə, bu fikirləri Vergilər naziri Fazil Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, alkoqollu içkilərin satılması nəğdsiz ödənişlə aparılır: "Bu, pilot layihədir. Uğurlu olsa, digər satış növlərində də tətbiq edə bilərik. Hələ ki, bu nəzərdə tutulmur".

Nazirin sözlərinə görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz: "Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi".

Nazir bankların mənfəət vergisindən azad olunması ilə bağlı qaldırdıqları məsələ ilə bağlı da fikir bildirib: "Bilirsiniz ki, əvvəllər banklar bu vergidən azad idi. Hazırkı vəziyyətdə də onların müraciətlərinə baxıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə