Aprelin 4-də həm xarici, həm də milli valyutada istehlak kreditlərinin verilməsinə qadağa qoyuldu. Bir aylıq təhlillərin nəticəsində ötən gün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yeni qərar qəbul edilib. Palata xarici valyutadakı kreditlərlə bağlı qadağanı qüvvədə saxlayıb. Artıq banklar əvvəlki kimi hamıya dollarla kredit verə bilməyəcək.
Bundan əlavə, daşınmaz əmlakın əldə edilməsi üçün də xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulur.
Manat kreditlərinə qoyulan qadağa isə aradan qalxır. Ancaq şərtlər ağırlaşdırılır. Kreditin məbləği vətəndaşın həm gəliri, həm də banka qoyduğu girovun dəyərinə əsasən xüsusi əmsallarla hesablanacaq.
Yeni qərar mayın 6-dan, yəni sabahdan qüvvəyə minir. Gələcəkdə lombardlara da nəzarətin Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətinə keçəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB