Neftimiz ucuzlaşıb

Dünya bazarında neftin qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,93 dollar artaraq 44,71 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,72 dollar artaraq 45,34 dollar olub.

Azərbaycan neftinin qiymətində ucuzlaşma qeydə alınıb. Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 2,13 dollar ucuzlaşaraq 45,81 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə