"Ruhun şad olsun, Ustad!" xatirə gecəsi

"Ruhun şad olsun, Ustad!" xatirə gecəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 - cü ildönümünə həsr olunmuş "Ruhun şad olsun, Ustad!" adlı xatirə gecəsi keçirilib.

"Excelsior Hotel Baku" otelinin "Afurja" zalında Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin və "AtaHolding" Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Ruhun şad olsun, Ustad!" adlı xatirə gecəsi keçirilib.

Millət vəkillərinin, "AtaHolding" Şirkətlər Qrupunun kollektivinin və tanınmış media nümayəndələrinin iştirak etdiyi tədbirdə Heydər Əliyevin həyat yolunu əks etdirən sənədli film nümayiş etdirilib. Müxtəlif illərdə bu böyük insanla ünsiyyətdə olmuş jurnalistlər öz xatirələrini söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə