Qızıl ucuzlaşıb

Dünya bazarında qızılın qiymətində də ucuzlaşmaq qeydə alınıb. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 9,40 dollar ucuzlaşaraq 1 282,40 dollara, gümüş isə 0,14 dollar azalaraq 17,36 dollara satılıb.

Amerika və Avropa fond indekslərinin də qiyməti dəyişib. Amerika fond bazarında Dow Jones indeksi 0,78% - 17 750,91 bəndədək, S&P 500 0,87% - 2 063,37 bəndədək, NASDAQ 1,13% - 4 763,22 bəndədək artıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,90% - 6 185,59 bəndədək, Almaniya DAX-ı 1,94% - 9 926,77 bəndədək, Fransa CAC-40-ı 1,59% - 4 371,98 bəndədək ucuzlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə