Neft ucuzlaşır

Dünya bazarında neftin qiyməti ucuzlaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar azalaraq 43,61 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar azalaraq 44,89 dollar olub.

Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 47,94 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə