“Excelsior Hotel Baku” oteli mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb FOTOLAR

“Excelsior Hotel Baku” oteli mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb FOTOLAR

"Media Consulting & Services" şirkəti 2016-cı ilin aprel ayında mətbuatda ən çox xatırlanan otellərin adlarını açıqlayıb. Şirkətin apardığı araşdırmalara əsasən "Excelsior Hotel Baku" oteli aprel ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. Aprel ayında "Excelsior Hotel Baku" otelinin fəaliyyəti ilə bağlı mətbuatda 113 məlumat işıqlanıb.

Qeyd edək ki, "Excelsior Hotel Baku" oteli 2016-cı ilin fevral ayında da mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxmışdır. Media monitorinq 10 televiziya, 35 çap və 170 online media daxil olmaqla 215-dən çox mənbədə işıqlanan məlumatları say, xarakter və məzmun üzrə təhlil edilərək, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

"AtaHolding" ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova bildirdi ki, "Əldə etdiyimiz uğuru ictimaiyyətlə və müştərilərlə düzgün qurduğumuz işin nəticəsi kimi qiymətləndiririk. Biz "Excelsior Hotel Baku" otelinin fəaliyyəti, xidmətləri və yenilikləri haqqında məlumatların ictimaiyyətə açıqlanmasına böyük önəm veririk".

Qeyd edək ki, "Excelsior Hotel Baku" oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.

Bütün xəbərlər Facebook səhifəmizdə