Neftimiz bahalaşır

Neft bu həftəyə ucuzlaşma ilə başlayıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar azalaraq 45,39 dollar təşkil edib.

Londonun ICE birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,40 dollar azalaraq 46,97 dollar olub.

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 1,53 dollar bahalaşaraq 48,09 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə