Neftin 1 bareli 50 dolları təşkil edir

SOCAR-ın 2016-cı il üçün gəlirlər və xərclər smetasında neftin planlaşdırlmış qiyməti 1 barelə görə 50 dollar təşkil edir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, son günlər neftin qiymətləri 1 barelə görə 46 dollar hüdudlarında qalır: "Qiymətə həm iqtisadi, həm də siyasi amillər təsir edir. Azərbaycanın dünya bazarlarında tələbat və təklif balansına təsiri isə böyük deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə