Neftin qiymətində nikbinlik müşahidə olunur

Dünya bazarında neftin qiymətində nikbinlik müşahidə olunur. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,87 dollar artaraq 43,85 dollar təşkil edib. Londonun ICE birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,68 dollar artaraq 45,21 dollar olub.

Azərbaycan neftinin də qiymətində bahalaşma qeydə alınıb. Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,48 dollar bahalaşaraq 44,91 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə