Astaraçay üzərindəki dəmir yolu körpüsünün təməli qoyulub

Astaraçay üzərindəki dəmir yolu körpüsünün təməli qoyulub

Azərbaycan-İran sərhədində, Azərbaycanın Astara şəhərində Astaraçay üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. SİA xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, eləcə də iki ölkənin dəmir yolu qurumlarının rəhbərləri Cavid Qurbanov və Möhsün Purseyid iştirak ediblər.

Dəmir-beton körpüsünün uzunluğu 82,5 metr, eni 10,6 metr təşkil edəcək, onun 4 dayağı, 3 aşırımı olacaq, aşırımın uzunluğu 27,5 təşkil edəcək.

Körpünün tikintisinin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Astaraçay üzərində dəmir yolu körpüsü Azərbaycan və İran dəmir yollarını birləşdirəcək və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Astara (Azərbaycan) - Astara (İran) sahəsinin əsas hissəsi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə