Astaraçay üzərində dəmir yolu körpüsünün təməli qoyulacaq

20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Astara şəhərində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək. SİA İqtisadiyyat nazirliyinin saytına istinadən xəbər verir ki, təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan-İran nümayəndə heyətlərinin görüşü keçiriləcək, əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə