"Sahibkarlar ölkəni keyfiyyətsiz məhsulların satış poliqonuna çevirməməlidirlər"
"Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Belə bir zamanda insanlarımız torpaqlarımızın hər qarşısından səmərəli şəkildə istifadə etməlidirlər". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
Onun sözlərinə görə, torpaqlardan düzgün istifadənin səmərəliliyini artırmaqdan ötrü bir müddət istifadə edilməyən torpaqlar sahiblərindən alınmalıdır: "Əgər bu üsul öz nəticəsini verməsə, o zaman belə halların qarşısını almaq üçün inzibati yollara əl atmaq olar".
Bir sıra məhsulların vergidən azad edilməsi istiqamətində ölkəmizdə atılan addımları müsbət qiymətləndirən millət vəkili söyləyib ki, burada kənd təsərrüfatına - damazlıq, toxumçuluq, mineral gübrələr, eləcə də arıçılıqla bağlı olan məhsulların əlavə dəyər vergisindən azad edilməsi mühüm faktordur: "Lakin burada sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Belə ki, əgər sahibkar bu güzəştlərdən istifadə edərək məhsulunun inkişafı əvvəlki kimi saxlayacaqsa, o zaman həm dövləti, həm də vətəndaşı aldatmış olacaq. Elə ölkələr var ki, orada əlavə dəyər vergisi 18 faizdən artıqdır. Əlavə dəyər vergisi 14 faiz olanda daha yaxşı işləyir, iqtisadi stimul verir və fəallığı artırır. Bu rəqəmdən aşağı və ya yuxarı olduqda iqtisadiyyata mənfi təsir göstərir. Azərbaycanda bu göstərici 14 faizdən artıqdır. Hesab edirəm ki, faizlər aşağı salınmalıdır. Hazırda əlavə dəyər vergisinin aşağı salınması buradan əldə edilən ümumi məbləğə təsir edə bilər. Lakin onun effektivliyi nəticəsində bir neçə ildən sonra milyardlar əldə etmək mümkündür. Hesab edirəm ki, islahatlarda bu təklifin reallaşması çox vacibdir".
Ə. Məsimli sadələşdirilmiş vergi məsələsinə toxunaraq söyləyib ki, sadələşdirilmiş vergi kiçik biznesin inkişaf etidilməsində unikal vasitədir: "Lakin kiminsə dövriyyəsi gəlib195 min manata çatanda, həmin şəxs üçüncu firma açır ki, gəlirləri 200 mini keçməsin. Bəlkə də bu, yeni firmaların açılması nöqteyi-nəzərdən stimullaşdırıcı rol oynaya bilər. Amma iki il müddətinə yoxlamaların azaldılması Azərbaycana keyfiyyətsiz ərzaq, eləcə də dərman vasitələrinin gətirilməsinə yol aça bilir. Bu cür hallar 10 qat artıq cəzalandırılmalıdır. Çünki, Azərbaycan Prezidenti qanunun fəaliyyətini dayandıraraq, sahibkarlara jest edib. Bundan sui istifadə etmək olmaz. Bu istiqamətdə daha etibarlı mexanizm qurulmalıdır ki, ölkəyə ərzaq və ya dərman məhsulları gətirən sahibkarlar ölkəni keyfiyyətsiz məhsulların satış poliqonuna çevirməsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB