Bununla bağlı məhsulların alınma qaydaları da təsdiq edilib. Yerli fermer təsərrüfatlarının əsas müştəriləri arasında dövlət müəssisələri də olacaq. Artıq dövlətin həmin məhsulları alma qaydaları da təsdir edilib. Bu məqsədlə ilk olaraq elektron portalın yaradılacaq.
Elektron portalın yaradılması üçün iyulun 1-ə qədər dövlət müəssisələri, sentyabrn 1-ə qədər isə məhsul istehsalçıları kənd təsərrüfatı nazirliyinə tələb-təklifləri haqqında məlumatlar verməlidirlər. Elektron portala adı düşməyən fermerlər asan xidmət mərkəzlərində qeydiyyatdan keçməlidirlər.
Qaydalara görə ərzaq məhsullarına qoyulan qiymət topdansatış-bazar qiymətlərindən aşağı olmamalıdır. Bununla bağlı bazarlarda monitorinqlər aparılacaq. Əgər təşkilatların tələbatı fermerlərin təklifindən çox olsa onda istehsalçıların bütün məhsulları alınacaq. Fermerlərin çıxardıqları məhsullar çox olarsa,onda onlar fərqli qayda ilə alınacaq.
Alış-satış əməliyyatları dövlət müəassisələri və fermerlər arasında bağlanan müvafiq müqavilələr əsasında həyata keçiriləcək. Yeni yaradılan ərzaq məhsullarının tədarükü və təchizatı açıq səhmdar cəmiyyəti vasitəçi rolu oynayacaq. Oktyabrın 1-də bağlanan müqavilələr məhsulların növbəti il üçün təqdimi üçündür. Müqavilə bağlandıqdan sonra məhsulun dəyərinin 25 faizi həcmində avans verilir.
Geridə qalan məbləğ isə məhsul tam təhvil verildikdən sonra ödəniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB