Heydər Əsədov səfirlə görüşüb

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İran İslam Respublikasının Azərbaycan Respublikasın- dakı Fövqəladə və Səlahiyyətli Səfiri Möhsin Pakayin ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Nazir Heydər Əsədov qonağı səmimi salamlayaraq iki dost ölkə arasında iqtisadi və siyasi sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və ötən ilin "Kənd təsərrüfatı ili" elan olunması ilə bağlı dövlətin aqrar sahəyə göstərdiyi dəstəyin artırılması və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib.

Nazir 19-21 may 2016-cı il tarixdə ölkəmizdə keçiriləcək "Сaspian Agro 2016" sərgisinə İran şirkətlərini də dəvət edib.

Nazir iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etdirlməsi məqsədi ilə İran İslam Respublikasının kənd təsərrüfatı nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.

Görüşdə pambıqçılıq, tütünçülük və baramaçılıq sahəsində İran şirkətləri ilə əməkdaşlığa dair müzakirələr aparılıb.

Səmimi qəbula görə təşəkkür edən səfir Möhsin Pakayin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə