"Son günlər ABŞ dolları manata nisbətən öz dəyərini itirməyə başlayıb. Manatın son devalvasiyası və bunun fonunda üzən məzənnəyə keçiddən sonra onun növbəti dəfə ucuzlaşacağına inananlar axırıncı manatlarını da dollara çevirib, milli valyutanın növbəti dəfə nə vaxt kəskin ucuzlaşacağını gözləyirdilər. Ancaq nə yazıq ki, bu gözləntilər "valyuta dilerliyi" etməyə həvəslənmiş adamların etimadını doğrultmadı". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Fikrət Yusifov deyib.
Ekspert bildirib ki, manatın ucuzlaşması əvəzinə dollar ucuzlaşmağa başlayıb. Bunun da bir neçə səbəbi var: "Manatın keçən ilin dekabr ayında baş vermiş kəskin ucuzlaşması ərəfəsində və ondan sonrakı dövrdə yaranmış panik vəziyyətdə son manatlarını da dollara çevirənlər, son günlər başqa çıxış yolu tapmayıb, yenidən həmən dolları manata çevirməyə üz tutublar. Çünkü ölkə daxilində alış-veriş etmək üçün hər kəsə manat lazımdır. Belə olan halda manata olan təlabat artmağa başlayıb. Digər tərəfdən gözləntilərin əksinə olaraq ABŞ-ın Federal Ehtiyat Sistemi son dəfə uçot dərəcəsini artırmadı. Neftin qiymətləri qısa zaman kəsiyində 40%-ə qədər bahalaşdı. Bundan başqa nəzərə almaq lazımdır ki, Mərkəzi Bank dövriyyədə manat kütləsini minimum həddə qədər azaldıb və bazarda onun qıtlığı hiss olunur. Hesab edirəm ki, manatın məzənnəsində baş verən dəyişikliklərin də məhz səbəbi bunlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB